"Əl-Cəzirə" Azərbaycandan yazdı

10 Yanvar 2018 10:37

"Əl-Cəzirə" telekanalının ingilis dilindəki internet saytında Azərbaycanla bağlı növbəti məqalə yayılıb. Yazıda Azərbaycandakı dini tolerantlıqdan, burada İslam dininin yayılması tarixindən, ölkəmizin İslam mədəniyyətinin inkişafına töhfələrindən bəhs edilir. Azərbaycanda digər sahələrdə olduğu kimi, dini sahədə də azadlığın təmin edildiyi, ölkə Konstitusiyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabər olduğu vurğulanır. Milli mənəvi dəyərlərə, dinə dövlət qayğısı barədə söhbət açılır, sovet dövründə ölkəmizdə cəmi 18 məscidin olduğu, müstəqilliyin bərpasından sonra isə məscidlərin sayının 2 mini keçdiyini qeyd edilir.