Oğrular "isti izlər"lə tapıldı

09 Yanvar 2018 17:13

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Gülzadə Xəlilovaya məxsus mənzildən oğurluq edilib. Bu barədə ev sahibi Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə məlumat verib. Şikayətçi evdə olmadığı müddətdə naməlum şəraitdə onun mənzilindən 5 min 320 manatının və 3 min 375 manat dəyərində qızıl-zinət əşyalarının qarət edildiyini bildirib. Saxlanılan şəxsin ətrafında aparılan əlavə tədbirlərlə onun Yasamal rayonunda daha bir mənzildən oğurluq etdiyi məlum olub. Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə isə Bakının Nizami rayonu H.Əliyev prospektində yerləşən dayanacaqlardan birində quraşdırılan ödəmə terminalının qıfılının naməlum şəraitdə sındırılaraq orada olan 1059 manatın oğurlanması barədə məlumat daxil olub. "İsti izlər"lə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib. Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.