Tovuz sakininin mal-qarasını kim apardı?

09 Yanvar 2018 14:39

Tovuzun cəbhə kəndi Hacıalılıda oğurluq olub. Kənd sakini Müşfiq Tağıyevin tövləsindən iki baş mal-qara yoxa çıxıb. Ev sahibinin dediyinə görə axşam heyvanların hamısı yerində olub. Səhər açılanda isə iki baş iribuynuzlu mal-qaranın oğurlandığını görüb. O, dərhal bu barədə polisə məlumat verib. Faktla bağlı araşdırma aparılır.