Cənnət görmək istəyən Azərbaycana gəlsin!

09 Yanvar 2018 11:45

Fransa mətbuatında Azərbaycanla bağlı silsilə məqalələr yayılıb. Yazılarda ölkəmizin əsrarəngiz təbiətindən, qədim tarixi abidələrindən, o cümlədən burada mövcud olan xristian kilsələrindən söhbət açılır. Qubanın Xınalıq və Qırız kəndlərinin dünyada ən yüksək yaşayış məskənlərindən olduğu qeyd edilir. Həmçinin Şəki və Qəbələdəki Alban məbədləri barədə məlumat verilir, Şəki xan sarayının nadir memarlıq incilərindən biri olduğu vurğulanır.