Oğrunun "bayram təbriki"

08 Yanvar 2018 15:59

Bakının Sabunçu rayonu Balaxanı qəsəbəsindəki fərdi evlərdən oğurluq edən şəxs tutulub. Paytaxt sakini polisə müraciət edərək bayram tətili ilə əlaqədar Şəkidə olduğu müddətdə naməlum şəxsin onun mənzilinin pəncərəsini qıraraq içəri daxil olduğunu və oradan qızıl-zinət əşyaları və bir ədəd televizorun oğurladığını bildirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini əvvəllər məhkum olunan Hüseyn Süleymanov tutulub. Saxlanılan şəxs ifadəsində evin sahibi ilə qonşu olduğunu və həmin evdə heç kimin yaşamadığını bildiyi üçün oradan oğurluq etdiyini deyib. İstintaq-əməliyyat tədbirləri zamanı onun digər cinayətlərinin də üstü açılıb. Saxlanılan şəxsin eyni gündə Balaxanı qəsəbəsində daha iki fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olduğu və həmin mənzillərdən də məişət əşyaları və televizor oğurladığı müəyyənləşib. Həmin evlərin də sahibləri hadisə zamanı bayramla əlaqədar olaraq müxtəlif bölgələrdə istirahətdə olublar. Faktlarla bağlı  cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.