Keçmiş məhkum yenə tutuldu

08 Yanvar 2018 15:18

Paytaxtın Qaradağ rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunan Azər Quliyev saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış zamanı ümumi çəkisi 13 kiloqram 57 qram olan marixuana aşkarlanıb. Məlum olub ki, Azər Quliyev narkotik tərkibli çətənə kollarını bir müddət əvvəl həyətində əkərək onlara xüsusi üsulla qulluq edib. Daha sonra isə o, həmin marixuananı satmaq və şəxsi istifadəsi üçün qurudaraq özündə saxlayıb. Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.