Temperatur 6 dərəcə enəcək

08 Yanvar 2018 15:13

Hava şəraitinin kəskin dəyişəcəyi  barədə xəbərdarlıq olunub. Bakıda və Abşeron yarımadasında yanvarın 9-u axşamdan 10-u gündüzədək hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Rayonlarda da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimal edilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.