Sumqayıtda işçi müdirini bıçaqladı

08 Yanvar 2018 12:56

Sumqayıtda satış müdiri işçisi tərəfindən bıçaqlanıb. Firmaların birində satış müdiri işləyən, Corat qəsəbə sakini, 30 yaşlı Rauf Heybətov ilə işçisi, 25 yaşlı Mübariz Məmmədov arasında mübahisə yaranıb. Bu zaman Mübariz Məmmədov satış müdirinə arxadan bıçaq zərbəsi vurub. Zərərçəkən baş, boyun və üz nayihələrindən ağır bıçaq yarası alıb. O, dərhal xəstəxanaya çatdırılıb. Hadisəyə səbəb kimi, Mübariz Məmmədovun satış müdiri Rauf Heybətovdan xəbərsiz, məhsulları oğurlayaraq satması və dəyən ziyanı geri qaytarmaq istəməməsi göstərilir. Mübariz Məmmədov saxlanılıb. Fakt araşdırılır.


RAMİL ZEYNALLI