Alpinistlər hələ də axtarılır

08 Yanvar 2018 10:56

Quba rayonu ərazisində itkin düşən “Gilavar” idman klubunun 3 üzvü - Namin Bunyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin axtarışları davam edir. Bununla bağlı Əməliyyat Qərargahı məlumat yayıb. Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi axtarış-xilasetmə işlərinə nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr qatılıblar.