Dəm qazı və dərmandan zəhərlənmələr

08 Yanvar 2018 10:53

Goranboyda dəm qazından zəhərlənmə olub. Rayonun Hacıallı kənd sakini, 22 yaşlı Əfsanə Bəylərbəyova dəm qazı zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilib. Məlumata görə, Əfsanə Bəylərbəyova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.


Tovuzda qadın dərmandan zəhərlənib. Rayonun Qovlar şəhər sakini 38 yaşlı Könül Musayeva dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Qadının səhvən dərman həbləri qəbul edərək zəhərləndiyi bildirilib. Faktlarla bağlı araşdırma aparılır.