Rəsmi Tbilisinin cavabı nə olacaq?

30 Dekabr 2017 18:07

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bir neçə gün öncə parlamentdə çıxışı zamanı Ermənistandan gələn yüklərin fors-major hallarda Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyaya çatdırılmasını təklif edib. Hökumət başçısı əlavə edib ki, bu yoldan təkcə bədnam qonşularımız deyil, həmçinin Türkiyə və digər ölkələr də istifadə edə bilərlər. Bu açıqlamanın ardınca Ermənistan prezidenti Serj Sarqsyanın Gürcüstana səfər etməsi məsələnin ciddiliyindən xəbər verir. Gürcüstanlı ekspertlərin fikrincə, rəsmi Tbilisi Yerevana yardım məsələsində ehtiyatlı davranmalı və Azərbaycanın maraqlarını nəzərə almalıdır. Bu məsələdə daha bir maraqlı məqam var. Əgər Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə hər hansı müzakirələrə başlayıb bu marşurutun isdifadəsinə icazə verərsə o zaman öz ərazi bütövlüyünün pozulmasını tanımış olur. Gürcüstan müxalifəti baş nazirin bu təklifini sərt tənqid edib. “Vahid milli hərəkat” Partiyasının üzvü, Gürcüstan hökumətinin sabiq başçısı Qriqol Vaşadze deyib ki, bu dəhlizdən üçüncü ölkənin istifadə etməsi 2011-ci ildə imzalanmış müqavilənin şərtlərinə ziddir.


AZƏR MƏMMƏDOV