Bu gün hərbi hissələrin qapısı açıq olacaq

30 Dekabr 2017 12:56

Bu gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilir. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil edilən gündə ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər. Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil ediləcək. Həmçinin valideynlərlə görüşlər olacaq , onları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.