"The Hill" nəşri Azərbaycandan yazdı

30 Dekabr 2017 11:36

Yaxın Şərqin bəzi ölkələrində xristianlara qeyri-tolerant münasibət müşahidə edildiyi halda əhalisinin 95 faizdən çoxu müsəlmanlar olan Azərbaycanda hər addımda Milad bayramı atributlarına rast gəlmək olar.Bu fikirlər ABŞ-ın "The Hill" nəşrində siyasi icmalçı, "Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi" kitabının müəllifi Raul Loueri Kontrerasın "Bayram ümidi: Xristianların və müsəlmanların dinc yanaşı yaşamasına bir baxış" sərlövhəli məqaləsində əks etdirilib. Yazıda Azərbaycanda mövcud tolerantlıq, habelə müsəlmanların, xristianların, yəhudi və digər dini icmaların nümayəndələrinin dinc yanaşı yaşamasından bəhs olunur. Bu yaxınlarda Bakıda səfərdə olan müəllif bildirir ki, Azərbaycan başqa dinlərə və etnik qruplara tolerant münasibəti ilə məşhurdur. Azərbaycan cəmiyyətində tolerantlığın yüksək səviyyədə olmasını, ölkə rəhbərliyinin multikonfessionallığa göstərdiyi diqqəti vurğulayan amerikalı ekspert yazır ki, Bakıda erməni kafedral kilsəsi və orada toplanan , qədim erməni dilində olan 5000-dən çox kitab Azərbaycan hökumətinin dəstəyi ilə qorunub saxlanılır.Müəllif məqaləsinin sonunda bildirir ki,  Azərbaycanda başqa dinlərə bu cür diqqət yetirilməsi onu çox mütəəssir edib və bu, planetdə sülhün bərqərar olacağına ümidi artırır.