Axtarışlara ANAMA mütəxəssisləri də qoşuldu

30 Dekabr 2017 10:07

Qubada dağlıq ərazidə itkin düşən alpinistlərin axtarışlarına Ərazilərin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin -ANAMA-nın mütəxəssisləri də cəlb olunub. Bu barədə axtarışlarla bağlı Əməliyyat Qərargahından bildirilib. Əməliyyatlarda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçən itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə iştirak edir. Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxan “Gilavar” və Ekstrim İdman Klubunun 3 üzvü qayıtmayıb və onlarla əlaqə kəsilib.