"ARB 24" mükafatlandırıldı

30 Dekabr 2017 09:23

Dünya Azərbaycanlılarının Həmrəylik Günü bizi bir və həmrəy olmağa çağrır. Bu fikirlər Gürcüstanda soydaşlarmızın yığcam yaşadığı Marneuli şəhərində Gürcüstan Azərbaycanlıları Konqresinin illik yekun tədbirində səsləndirilib. Bildirilib ki, ümumilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün Dünya Azərbaycanlıları Həmrəylik Gününü qeyd edir və xalqımızın maraqları naminə birlik nümayiş olunur. Gürcüstanda yaşayan soydaşlarmızın problemlərini daim diqqətdə saxlayan, eləcə də obyektiv, operativ və düzgün xəbərləri tamaşaçılara çatdıran Azərbaycanın birinci xəbər kanalı "ARB 24" fəxri diplom ilə mükafatlandırılıb. Görüşdə iştirak edən körpə fidanlara da Yeni il hədiyyələri təqdim olunub.


AZƏR MƏMMƏDOV