Ermənilər hər sahədə uduzur

29 Dekabr 2017 17:43

Yaxın zamanlarda Ermənistanı Azərbaycanın işğal olunan ərazilərini qismən qaytarmağa məcbur etmək mümkün olacaq.  Bunu beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib. Ekspert qeyd edib ki, Ermənistan bu vəziyyətə müqavimət göstərməyə çalışacaq: Amma məsələyə real yanaşılsa, Yerevanla Bakının imkanları və potensialı müqayisə edilsə ermənilər hər sahədə uduzur”. Mixaylov vurğulayıb ki, başa çatmaqda olan ili Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından qiymətləndirmək çətindir: Sitat “münaqişənin həlli üçün tammiqyaslı diplomatik iş həyata keçirilir. Bəlkə bu indi nəzərə çarpmır, amma  münaqişə ilə bağlı fikir mübadiləsi aparılır və həlli üçün üsullar təklif olunur”.Sitatın sonu.