2018-ci ilin astroloji proqnozu

29 Dekabr 2017 10:20

2018-cı ilin proqnozu artıq məlumdur. Qarşılayacağımız 2018-ci il sarı it ili üzərində təhvil veriləcək və ölkəmizə fevralın 16-da Bakı vaxtilə gecə saat 2-yə 5 dəqiqə işləmiş daxil olacaq. Bir çoxları yanlış olaraq ilin dekabrın 31- dən təhvil verildiyini hesab edir. Astroloqlar isə deyir ki, əslində dekabrın 31-dən yanvarın 1-nə keçən gecə yalnız təqvim dəyişir. İt ili adından da göründüyü kimi sadiq, vəfalı və sülhsevər kimi xarakterizə olunur. Astroloqların proqnozuna görə, tarixən it ilində heç vaxt böyük müharibələr başlamayıb. Ehtimal edilir ki, üzümüzə gələn il də bütün məsələlər sülh çərçivəsində həll olunacaq. Yarımçıq qalan işlər tamamlanacaq. Necə deyərlər, “xoruzun dağıtdıqlarını itlər yığışdıracaq”. Xoruz ili İŞİD-in aktivləşməsi, dünyada vaş verən təlatümlü proseslər və qalmaqallarla yadda qalsa da, it ilində siyasi və iqtisadi baxımdan sabitlik hökm sürəcək. Bəs şəhər sakinləri qarşıdan gələn sarı at ilindən nələr gözləyirlər? Bürclərə gəlincə, astroloqlar bu il tərəzi və buğa bürclərini aparıcı bürc kimi səciyyələndirirlər və bu bürcdən olan insanlar üçün 2018-ci ilin uğurlu keçəcəyini proqnozlaşdırırlar. 2018-ci ilin planeti Venera, uğurlu ayları may, oktyabr, uğursuz ayları isə aprel və noyabrdır. Düşərli günləri bazar ertəsi, cümə, uğursuz günləri çərşənbə axşamı və bazar günüdür. Sarı, narıncı, mavi və göy rənglər bu il dəbdə olacaq. İlin daş-qaşı sapfir, əqiq, zümrüd və mirvaridir. Metalı bürünc, çiçəyi bənövşə, qızılgül talismanı isə ürəkdir. Hələ qədimdən insanlar bəzi ulduzların göydə qəribə fiqurlar əmələ gətirdiyini müşahidə edirdilər. Bürc adlandırılan bu fiqurlar vasitəsilə baş verə biləcək hadisələr əvvəlcədən proqnozlaşdırılırdı. Bunun əsasında xüsusi istedada malik olan insanlar səmaya baxaraq, astroloji proqnozlar verirdilər. Bəzi mənbəələr astroloji proqnozların ən yaxşı bilicisi kimi maya tayfalarını göstərirlər. Onlar ulduzları asan müşahidə etmək və öyrənmək üçün səmanı 88 yerə bölmüşdülər. Bunlardan 47-si  qədim yunan əsatirləri ilə bağlıdır. Zərdüştlük münəccim elmində proqnozlar 32 heyvan üzərində hesablanırdı. Hazırda isə 12 heyvan üzərində hesablanır ki, bu da qədim türk tayfalarından irəli gəlir.


SİMNARƏ HƏMİDQIZI