"Birinci xəbər kanalı" mükafatlandırıldı

28 Dekabr 2017 18:52

“Dünya Azərbaycanlıları” İctimai Mərkəzi respublika ərazisində respondentlər arasında sorğu keçirib. “Qızıl Kürə” mükafatı uğrunda keçirilən sorğuda iştirak edən respondentlərin 19% iş adamı, 12% elm xadimləri, 27% məmurlar, 31% tələbələr, 11% isə müxtəlif peşə sahibləri olub. “Qızıl Kürə” mükafatına layiq görülənlər arasında Qafqazın ilk xəbər kanalı ARB 24 TV-da oldu. Cəbhə bölgəsində fəaliyyət göstərən kanal Azərbaycanda siyasi, mədəni, iqtisadi sahələrdə hər yarım saatdan bir xəbər buraxılışı təqdim edən yeganə TV-dir. Dünya və ölkə gündəmi barədə 24 saat xəbər verən televiziyanın həftəlik yayım həcmi 168 saatdır. “Birinci xəbər kanalı” devizi ilə milyonlar qarşısına çıxan "ARB 24 TV" qısa müddətdə qarşıya qoyduğu hədəflərə nail olub və yorulmadan, tükənmədən xidmətinizdədir.