Qələbəyə yol həmrəylikdən keçir

28 Dekabr 2017 16:59

Dünya azərbaycanlılarının sıx birləşməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Bu fikirlər Azərbaycan Texniki Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən tədbirdə səsləndirilib. Bildirilib ki, ölkəmizin daha da güclənməsi üçün Azərbaycan gənclərinin həmrəylik missiyasını ləyaqətlə davam etdirməsi vacib amillərdəndir. Tədbir tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiyalar ilə davam etdirilib.