Avtomobillər toqquşdu: 3 yaralı

28 Dekabr 2017 16:37

Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Muxtariyyə kəndi ərazindən keçən hissəsində yol qəzası baş verib. Qazax istiqamətində hərəkətdə olan, Şəmkir sakini 30 yaşlı Elvin Süleymavanovun idarə etdiyi “Ford” markalı avtomobillə, Bakı istiqamətinə gedən, Qazax sakini, 41 yaşlı Fədai Bənnayevin “Hyundai” ı toqquşub. Nəticədə Fədai Bənnayev, onun həyat yoldaşı 27 yaşlı Gültəkin Abdullayeva və digər sərnişini, 41 yaşlı Məhbubə Məmmədova xəsarət alıblar. Yaralılar Xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırma aparılır.