Jurnalistika təlimi

28 Dekabr 2017 09:50

Müasir dövrümüzdə gənclərin böyük əksəriyyəti jurnalistika sahəsində özünü sınamağa meyllidir. Bəs görəsən bu hər kəsin asanlıqla sahib ola biləcəyi peşədir? Yeni nəslin nümayəndələrini düşündürən bu kimi sualları ARB 24-ün baş redaktoru Allahverdi Şəfiyev “Şəmkir Media Məktəbi” layihəsinin təqdimatında cavablayıb. O, təlim zamanı jurnalistikanın incəliklərini izah edərək bu sahənin məsuliyyəti, dünyada, eləcə də cəmiyyətdəki rolundan danışıb. Jurnalistika anlayışının mahiyyəti, beynəlxalq təşkilatların media siyasəti, informasiya təhlükəsizliyi problemi və digər mövzularla bağlı təlim iştirakçılarına məlumat verilib. Layihə rəhbərləri bu kimi təlimlərin faydasını önə çəkib və qeyd edib ki, gələcəkdə belə tədbirlərin mütəmadi olaraq keçirilməsi qərara alınıb. İnteraktiv formada təşkil olunan təlimdə iştirakçıları maraqlandıran suallar da cavablandırılıb. “Şəmkir Media Məktəbi” layihəsi Prezident Yanında Gənclər Fondunun maliyyə, Şəmkir rayon Gənclər və İdman İdarəsi, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzini birgə təşkilatçılığı reallaşdırılıb.


GÜNDÜZ MƏMMƏDOV