3 Azərbaycanlı alpinist itkin düşdü

27 Dekabr 2017 14:48

FHN alpinistlərin itkin düşməsi ilə bağlı rəsmi məlumat yayıb. Məlumata görə, dekabrın 26-da axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxan “Gilavar” və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır. Onlar ayın 23-ü günü dağa çıxıblar və marşrut üzrə 25-i geri qayıtmalı imişlər. Lakin alpinistlərlə əlaqə kəsilib. Alpinistlərin axtarışına FHN-nin Aviasiya dəstəsi və helikopteri qoşulub.