Dostluğun 25 illiyi

27 Dekabr 2017 12:23

"Regionda təhlükəsizliklə bağlı problemlər var və həm Gürcüstanın, həm də Azərbaycanın ərazi bütövlüyü pozulub. Hər iki ölkə mövcud münaqişələrin beynəlxalq hüquq və ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır". Fikirlər Tbilisidə keçirilən Azərbaycan-Gürcüstan əlaqələrinin 25 illiyinə həsr olunan tədbirdə səsləndirilib. Qeyd olunub ki, münasibətlər bütün sahələrdə dinamik inkişaf edir və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əməkdaşlığın bariz nümunəsi isə həyata keçirilən böyük iqtisadi layihələrdir. Tədbir  Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin çıxışı ilə davam etdirilib. Azərbaycan və dünya klassik musiqi əsərləri ifa olunub.


AZƏR MƏMMƏDOV