Dağlıq Qarabağ münaqişəsi Pakistan mətbuatında

27 Dekabr 2017 10:56

"Dağlıq Qarabağ münaqişəsi regionun tam iqtisadi potensialını reallaşdırmağa və iqtisadi əməkdaşlığı inkşaf etdirməyə maneə yaradır. Həmçinin regional və daha geniş miqyasda iqtisadi əməkdaşlığın inkişafına təhdid törədir." Bu fikirlər Pakistanın "Parliament Times" onlayn-nəşrində yer alan məqalədə qeyd olunub. Yazıda həmçinin Ermənistanın ərazi iddiaları səbəbindən bu ölkənin Azərbaycanla 20 ildən çox müharibə şəraitində yaşadığı, müharibə zamanı beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazisi kimi tanıdığı Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla, 20 faiz ərazisini işğal etdiyi və bir millyon insana qarşı etnik təmizləmə siyasəti yürütdüyü deyilir.