Tarzən Yaşar Xəlilov - 70 il

26 Dekabr 2017 18:36

Sumqayıtda tarzən Yaşar Xəlilovun anadan olmasının 70, əmək fəaliyyətinin 50 illiyi münasibətilə tədbir keçirilib. Bildirilib ki, çalışdığı müddətdə bacarığı və istedadı ilə hamıdan seçilən Yaşar Xəlilov şagirdlərin musiqi-estetik tərbiyəsində mühüm rol oynayıb. O, Xan Şuşinskinin ansamblında uzun müddət tarda müşayət edib. Qubadlı rayonu musiqi məktəbində müəllim kimi fəaliyyət başlayan Yaşar Xəlilov sonradan musiqi ocağının direktoru təyin edilib. Vurğulanıb ki, tarzən tarın bütün sirlərini bildiyindən öz evində emalatxana açıb və tar alətlərinin təmiri ilə də məşğul olub. İşlədiyi müddət ərzində rayonun bir neçə kəndində musiqi məktəbinin filiallarını açıb və orada musiqi dərslərinin tədrisini aparıb. Yaşar Xəlilov 2008-ci ildə vəfat edib. O, fəaliyyəti dövründə bir sıra fəxri fərman və diplomlarla təltif olunub.


RAMİL ZEYNALLI