Əlinə keçəni apardı

26 Dekabr 2017 16:43

Sumqayıtda fərdi yaşayış evlərindən oğurluq edən şəxs saxlanılıb. Dekabrın 21-də evlərin birindən 210 manat və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Müqbil Həşimov tutulub. Ətrafında aparılan tədbirlərlə onun noyabrın 18-dən dekabrın 20-dək olan müddətdə şəhər ərazisində daha 4 evdən pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.