Qərbin ikili yanaşması qınanıldı

26 Dekabr 2017 14:35

Türkiyədə “Türk dünyası, Türkiyə-Azərbaycan əlaqələri və Qarabağ problemi” adlı konfrans keçirilib. Qaziantep Universitetində təşkil olunan toplantıda yüzlərlə gənc və müəllim iştirak edib. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib və bu məsələdə beynəlxalq təşkilatların ikili standartlardan yanaşmalarını kəskin qınayıb. Biz Qərbin ikili standartlarını Xocalı soyqırımına yanşmada da gördük deyən deputat beynəlxalq hüququn tamamilə zəiflədiyini, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyini bildirib. Konfransda uğurla inkişaf edən Azərbacan-Türkiyə münasibətlərinə də toxulunub. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.