50 ilin əyri binası

26 Dekabr 2017 11:39

Söhbət şəhərin 45-ci məhəlləsində yerləşən 3/52 nömrəli binadan gedir. Sözügedən tikili Nəriman Nərimanov küçəsində xüsusi layihə əsasında inşa olunub. Mütəxəssislərin sözlərinə görə, bina 1968-ci ildə 1.17 sm əyilməyə başlayıb. Binanın çökməyə məruz qaldığı bəlli olanda əhalinin köçürülməsinə qərar verilir. Lakin bir neçə mütəxəssis bunun elə də qorxulu olmadığı fikrini irəli sürür. Hətta Sankt-Peterburqda da bu tipdə əyri binaların kifayət qədər olduğu iddiası səslənir. Bununla da Hidravlik yükqaldıranlar vasitəsiylə həmin bina yerdən götürülür. Tikilinin təməlinə yenidən beton tökülərək bərkidilir. Bina əvvəlki vəziyyətinə qaytarılsa da bir müddət yaşayış olmayıb. Nəhayət 70-ci illərdə bura sakinlər köçürülüb. Bundan başqa binanın əyilməsi bir müddət yaxınlıqda aparılan tikinti işlərini də yubadıb. Bütün bu kimi problemlər zamanla öz həllini tapıb. Vaxtilə əyilən bina indi şəhərin ən dözümlü tikililərindən birinə çevrilib.


RAMİL ZEYNALLI