Oğurladıqlarını internetdə satışa çıxardı

23 Dekabr 2017 18:10

Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən çay evlərindən birindən oğurluq edilib. Bu barədə obyekt sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə məlumat verib. Şikayətçi gecə saatlarında çay evinin qapılarının qırıldığını və oradan 2 ədəd “Sony playstation” kompyuteri, 1 ədəd skripka çalğı aləti və 3 ədəd suvenir qəlyan dəstinin oğurlandığını bildirib. “İsti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Elşad Qasımov tutulub. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi çay evinin sahibini əvvəldən tanıdığını və gecə saatlarında orada heç kimin olmadığını bildiyi üçün oğurluq etdiyini bildirib. Qeyd edilən faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.