Amerikalı yazıçı erməniləri ifşa etdi

23 Dekabr 2017 17:19

“Mən bir dəfə “New York Times” qəzetində “Dondurulmuş müharibə” adlı məqalə oxudum. Orada söhbət Xocalıdan gedirdi. Həmin ana qədər mən bu barədə heç nə eşitməmişdim və oxuduqlarım məni şoka saldı. Bir amerikalı və keçmiş zabit olaraq mən silahsız kişilərin, qadınların və uşaqların güllələnməsini, bir sözlə, Xocalıda baş verənləri qəbul edə bilmərəm”. Bu fikirlər ABŞ-dan olan məşhur yazıçı və siyasi analitik Raul Louri Kontrerasa məxsusdur. O, erməni əsirliyində olan azərbaycanlı qadınlardan müsahibə götürüb və bu qadınların dedikləri əsasında “Dağlarda qətl” kitabını yazıb. ABŞ-da 1,3 milyona yaxın erməni yaşayır deyən Kontreras vurğulayıb ki, onların yalnız iki əsas məqsədi var. Birincisi, ermənilərin dırnaqarası soyqırım adlandırdığı hadisənin BŞ tərəfindən tanınmasına, ikincisi isə ehtiyacı olan ölkə kimi Ermənistana ABŞ-dan mümkün qədər çox maliyyə yardımı göndərməyə nail olmaq. O, yazmağı planlaşdırdığı üçüncü kitabından da söz açıb. Müəllif bu dəfə Azərbaycanın gələcəyini necə gördüyünü, postneft erasında ölkənin inkişafını necə təsəvvür etdiyini və gələcəkdə hansı istiqamətlərin inkişaf edə biləcəyi haqqında bəhs edəcək. Raul Louri Kontreras “Dağlarda qətl” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifidir.