Türkiyəli səfir münaqişənin həllindən danışdı

23 Dekabr 2017 14:16

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yetişib. Bu münaqişə həll edilməli, Azərbaycana qarşı ədalətsizlik aradan qaldırılmadır”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfirin sözlərinə görə, Azərbaycan uzun müddətdir böyük ədalətsizliklə üzləşib: “Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Nəticədə 1 milyondan çox insan məcburi köçkün və qaçqına çevrilib”. Erkan Özoral onu da bildirib ki, Türkiyə dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.