İşıqforun tələblərindən xəbərsiz sürücülər

23 Dekabr 2017 11:59

Bu dəfə işıqforların tələblərindən xəbərləri belə olmayan sürücülərdən danışacağıq. O sürücülər ki, uzun illərdir avtomobil idarə edir, lakin hələ də üçrəngli işığın nə demək olduğunu və ya özünün nə etmək istədiyini bilmir. Bu məqsədlə Tovuz rayonunun mərkəzi küçələrindən birində çəkiliş apardıq. Obyektivimizə ilk tuş gələn mənzərə isə bu oldu - işıqfor, üzərində isə daimi olaraq sağa hərəkəti bildirən işarəsi. Lakin sürücülər nizamlayıcıya məhəl qoymur. Kimisi işığın tələbini pozur, kimi də piyadaya yol vermir. Kobud qayda pozuntusuna biganə qala bilmədik. Görəsən sürücülərin yol hərəkəti qaydalarını pozmalarının əsas səbəbi nədir? Onlar doğurdanmı qanunları bilmir, yoxsa ərköyünlük edir? Ümumiyyətlə yol hərəkəti qayda və qanunları sürücülərin, sərnişinlərin, yolda hərəkət edən digər insanların təhlükəsizliyi, sağ-salamat mənzil başına çatmaları üçün  nəzərdə tutulub. Odur ki, yoldaş sürücülər, sükan arxasında diqqətli olun və özünüzlə yanaşı başqalarının da başını bəlaya salmayın!


GÜNDÜZ MƏMMƏDOV