Ana dərmandan zəhərləndi

22 Dekabr 2017 18:52

Gədəbəydə ana azyaşlı uşağı üçün istifadə edilən dərmanı səhvən su əvəzinə içərək zəhərlənib. Bədbəxt hadisə rayonun Moruqlu kəndində baş verib. 21 yaşlı Nuranə Tağıyeva həkimin övladı üçün buyurduğu sinir dərmanını səhvən içib və bundan sonra halı pisləşib. Ana dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərildikdən sonra səhhəti yaxşılaşıb. Hazırda xəstənin vəziyyəti kafi qiymətləndirilir.


Qazaxda dəm qazından zəhərlənmə olub. Rayonun Çaylı kənd sakini, orta yaşlı Əli Axundov yaşadığı evdə yatan zaman dəm qazından zəhərlənib. O, dərhal xəstəxanaya yerləşdirilib. Tibbi yardım göstərilən zərərçəkmişin vəziyyətinin orta-ağır olduğu bildirilir.