Rusiya vasitəçilik missiyasına sadiqdir

22 Dekabr 2017 14:46

Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün gələcəkdə də vasitəçilik köməyi göstərəcək. Bu barədə 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlərin yekununa dair Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. Nazirlikdən deyiblər ki, başa çatmaqda olan ildə Rusiya daxil olmaqla vasitəçilərin səyləri münaqişə tərəfləri arasında hərbi risklərin azaldılmasına və birbaşa dialoqun bərpa olunmasına yönəlib.