Bura məktəbdir?

21 Dekabr 2017 17:42

1950-ci ildə inşa olunan bu binada 4 sinif və bir müəllim otağı var - Var demək olarsa! İmir kənd natamam ictimai məktəbində son 8-9 ilə kimi 200 yaxın şagird təhsil alıb. İndi isə cəmi 80 şagirdi var. Təhsil ocağı bərbad vəziyyətdə olduğundan kənd sakinləri xərcə düşərək uşaqlarını başqa kənd və rayon mərkəzlərindəki məktəblərə göndərməli olurlar. Məlum oldu ki, Elm və Təhsil Nazirliyi indiyədək məktəbdə çəkilişlərə icazə verməyib. Qurumun Marneuli rayon şöbəsi də məsələyə münasibətsiz qaldı. Uzun zənglərdən sonra nəhayət ki, nazirliyin infrastruktur şöbəsindən cavab ala bildik. Nazirliyin mövqeyi sakinlərin səbrli olmalarına işarə edir. Görünən odur ki, məktəblilər qışın soyuğunda kəndlər arası yolları hələ bir neçə il də ölçməli olacaqlar.


AZƏR MƏMMƏDOV