"Qış tətili"nin təqdimatı oldu

21 Dekabr 2017 17:31

"Qış tətili" uşaq macəra filminin təqdimatı keçirilib. Ekran əsəri  "Qış tətili" Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı çərçivəsində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, "Gənclərin töhfəsi" ictimai birliyi, "Dəcəl balam"ailə uşaq mərkəzinin birgə təşkilatçılığı ilə çəkilib. Filmin media dəstəkçisi ARB Günəş telekanalıdır. Filmdə uşaqların başına gələn macəralardan bəhs olunur. 10 nəfərlik heyət qış tətilində səyahətə çıxır. Yolda maşın xarab olur və dayanmalı olurlar. Bu zaman uşaqlardan biri itir. Digər uşaqlar itən dostlarını tapmaq ümün meşəyə yollanır. Əsas hadisələr də elə bundan sonra cərəyan edir. Dostlar, "Qış tətili" filmi bu gündən etibarən 1 ay müddətində saat 14:00 dan 18:00-dək 2 seansla Nizami Kino Mərkəzində nümayiş olunacaq.