Yolları işıqsız qoyanlar tutuldu

21 Dekabr 2017 16:55

Paytaxtın Suraxanı rayonu ərazisində yol kənarında divara quraşdırılan 29 ədəd işıq plafonunun sökülərək oğurlanması barədə polisə məlumat daxil olub. Əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vüqar Mustafayev, İlham Əhmədov və Nizami Cəbrayılov saxlanılıb. Aparılan araşdırmalar zamanı onların noyabr-dekabr ayları ərzində Bakı Elektrik Şəbəkəsinə məxsus 140 metr elektrik naqilini, “Bakı Abadlıq Xidməti” MMC-nin balansında olan 27 ədəd divar işığı və 141 ədəd spot işıqlarını oğurladıqları da müəyyən edilib. Saxlanılan şəxslər ifadələri zamanı oğurladıqları əşyaları əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.