Azərbaycana qış gəlir

21 Dekabr 2017 14:33

Bu gün Azərbaycanda Bakı vaxtı ilə saat 20:27-də qış fəsli başlayacaq. Yer Qış Günəş duruşu nöqtəsindən keçəcək. Bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayacaq. AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bundan sonra artıq günlər uzanmağa başlayacaq.Dekabrın 21-i ilin ən qısa gündüzü və ən uzun gecəsi olacaq.