Azərbaycanda bir ilk

20 Dekabr 2017 18:54

Azərbaycanda ilk dəfə olaraq səsli hekayə layihəsi reallaşdırılıb. Təhsil Nazirliyinin Maliyyə dəstəyi ilə hazırlanan layihə 3 hissədən ibarətdir. Bunlar dünya ədəbiyyatı, Azərbaycan ədəbiyyatı, həmçinin uşaq ədəbiyyatıdır. Artıq səsli hekayələr bir toxunuşla sizin mobil telefonunuzda olacaq. Bunun üçün Android və İos sistemli cihaz sahibləri öz telefonlarının "play store" bölməsində 100 səsli hekayə proqramını yükləyə bilərlər. Layihənin təşəbbüskarları Ağstafa və Şəmkirdəki təhsil ocaqlarında şagirdlərin qonağı olub, onlara 100 səsli hekayənin əhəmiyyətindən danışıblar. Növbəti görüşlərin ünvanı isə Qazax Samux, Göygöl rayonları olacaq.


GÜNDÜZ MƏMMƏDOV