“Gələcək ailədən başlayır”

20 Dekabr 2017 09:06

Gəncədə “Gələcək ailədən başlayır” layihəsi çərçivəsində gənclərlə görüş olub. Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Vətəndaş Maarifləndirmə” İctimai Birliyinin icra etdiyi layihənin əsas məqsədi ailədaxili zorakılığın aradan qaldırılması və məişət zorakılığına diqqətin cəlb edilməsidir. Layihənin tərkib hissəsi olaraq qanunvericilik toplusu çap olunub və iştirakçılara paylanılıb. Gəncə və Bakını əhatə edəcək layihə çərçivəsində sosial çarxın çəkilməsi də planlaşdırılır. Məişət zorakılığının aradan qaldırılması istiqamətində atılan addımlar sırasında qanunların sətləşdirilməsi ilə yanaşı, maarifləndirmə tədbirlərinin artırılması da önəmlidir.