Kafe alovlandı

19 Dekabr 2017 14:42

Sumqayıt şəhərində kafe kimi fəaliyyət göstərən ikimərtəbəli binada yanğın baş verib. Yanğınsöndürmə briqadaları əraziyə cəlb olunub. İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan yoxdur.