Ərini qısqanan qadın əlini qana buladı

18 Dekabr 2017 17:30

Bakıda qadın ərinin sevgilisini bıçaqlayıb. Hadisə Sabunçu rayonunda qeydə alınıb. İlyas Aslanov küçəsində 23 yaşlı Aynurə Babayeva Əliyar adlı şəxsin həyat yoldaşı ilə əlbəyaxa dava edib. Nəticədə qadın Aynurə Babayevaya 6 bıçaq xəsarəti vurub. O, yaralı halda xəstəxanaya yerləşdirilib. Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. Əliyarın həyat yoldaşı Babayevanı ərinə qısqanıb.Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.