Daha bir yol bağlanır

16 Dekabr 2017 16:23

Bakıda daha bir yol bağlanacaq. Bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. Bildirilib ki, aparılacaq rənglənmə işləri ilə əlaqədar olaraq dekabrın 16-sı saat 22:00-dan səhər saatlarınadək Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq. Buna görə sürücülərdən sözügedən yolda qeyd olunan saatlarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.