Hava çiskinli olacaq

16 Dekabr 2017 16:15

Dekabrın 17-sinə ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu, gün ərzində arabir çiskinli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Gecə 6-8, gündüz 9-12 dərəcə isti pronoqnozlaşdırılır. Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskinli olacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 0-5, gündüz 9-13 dərəcə isti pronoqnozlaşdırılır.