Polislə gizlənqaç oynayan sürücülər

16 Dekabr 2017 11:55

Etik normalardan kənara çıxan bu sürücüdən sadəcə adını və qaydalara niyə riayət etmədiyini öyrənmək istədik. Reaksiya isə gözlənilən idi. Məlum məsələdir ki, avtomobil idarə edənlərin böyük əksəriyyəti qayda pozan zaman bu cür qabaqdan gəlmişlik edərək əməllərini ört-basdır etməyə çalışır. Biz isə rol arxasında əyləşən aqressiv sürücülərə xatırlatmaq istədik ki, insafa gəlib öz adlarını və məsuliyyətlərini unutmasınlar. Mövcud problem isə sürücüləri heç də narahat etmir. Əksinə onlar özlərini haqlı sayır. Reyd zamanı kifayət qədər xoşagəlməz məqamlar oldu. Kiminin avtomobili cərimə dayanacağına aparıldı, kimisi cərimələnərək yoluna davam etdi. Cərimədir deyib keçməyin yoldaş sürücülər, qanunlara əməl edin ki, hər kəs mənzil başına sağ-salamat çatsın.

 

GÜNDÜZ MƏMMƏDOV