Gürcüstanda azərbaycanlı fotojurnalistin sərgisi açıldı

16 Dekabr 2017 09:29

Gürcüstanda Veterenların İşi Üzrə Dövlət Xidmətinin yeni binasının açılış mərasimi olub. Yeni istifadəyə verilən binanın foyesində Gürcüstanda yaşayan azərbaycanlı, müharibə və hərbi qüvvələr veteranı, “Associated Press” agentliyinin fotomüxbiri Azərbaycanda, həm də Gürcüstanda müharibənin ağrı-acısını yaşamış və öz çəkdiyi şəkillərlə tarix yazan Şahvələd Eyvazovun fotolarından ibarət sərgi təşkil olunub.Gürcüstanın baş naziri Georgi Kvirikaşvili yeni binanın və sərginin açılışında iştirak edib. Baş nazir Gürcüstanda yaşayan veteranların dövlət qayğısı ilə tam əhatə olunacaqlarını bildirib.


AZƏR MƏMMƏDOV