Araq içdi və öldü

15 Dekabr 2017 16:44

Tovuz rayonunda spirtli içkidən zəhərlənən şəxs ölüb. Hadisə rayonun Cəlilli kəndində baş verib. Kənd sakini, 52 yaşlı Xəqani Cəfərov evində spirtli içkidən zəhərlənərək komaya düşüb. O, komatoz vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Dərhal süni nəfəs aparatına qoşulsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.