“Vətən oğulları” təqdim olundu

15 Dekabr 2017 14:18

Tbilisidə Gürcüstanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşən azərbaycanlılara həsr edilən “Vətən oğulları” kitabının təqdimatı keçirilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə gürcü dilində işıq üzü görən kitabın müəllifi David Maysuradzedir. Nəşrdə Abxaziya və Tsxinvali bölgələrində döyüşən azərbaycanlılar barədə ətraflı və tarixi faktlara əsaslanan məlumatlar yer alıb. Təqdimat mərasimində Gürcüstanın tanınmış yerli və azərbaycanlı ziyalıları, ictimaiyyət nümayəndələri və tələbələr iştirak edib.


AZƏR MƏMMƏDOV