DMX 1434 qərar qəbul etdi

14 Dekabr 2017 18:35

Ay ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərini pozulması ilə bağlı 1434 qərar qəbul edilib. Onlardan 205-i respublika ərazisində yaşamağın leqallaşdırılması, 780-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma, 407-si ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı olub. 2017-cı ilin noyabr ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 52 min 988 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb. “Çağrı mərkəzi” nə isə 9 min 188 zəng daxil olub.