İslam ölkələri Qüds böhranını müzakirə edirlər

13 Dekabr 2017 16:48

"İşğal, qanunsuz məskunlaşmalar, evlərin dağıdılması, ərazi və mülklərin zəbt edilməsi kimi terror hərəkətlərinə görə İsrail mükafatlandırılıb. Bunu verən təkbaşına da olsa, Trampdır". Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə toplantısında çıxışı zamanı belə deyib. O, dünya dövlətlərini Qüdsü Fələstinin işğaldakı paytaxtı kimi tanımağa çağırıb. Türkiyə prezidentinin təklifi ilə keçirilən iclasa ümumilikdə 16 ölkənin lideri, 3 ölkənin baş naziri, 1 ölkənin baş nazirinin müavini qatılıb. İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə toplantısından öncə quruma üzv ölkələrin xarici işlər nazirlərinin yığıncağı təşkil olunub. 48 ölkənin təmsil olunduğu iclasda Azərbaycanın dövlət başçısı İlham Əliyev də iştirak edir.


ORUC MANSIROV